Səlcuq Bayraktar İTV-yə müsahibəsinin anonsunu paylaşdı -FOTO

  • By admin
  • 07 Aprel 2021 23:14
“Bayrkatar” PUA-larının istehsalçısı olan “Baykar Savunma” şirkətinin rəhbəri Səlcuq Bayraktar bu yaxınlarda Bakıya səfəri zamanı İctimai Televiziyanın qonağı olub.
Bu barədə o, özünün “Twitter” sosial şəbəkəsindəki hesabında yazıb.
S.Bayraktar hərbi-jurnalist Heydər Mirzənin təqdimatında efirə gedən “Radius” verilişində iştirak etdiyini bildirib.
Onun sözlərinə görə verilişdə Türkiyə müdafiə sənayesi, “Baykar Savunma”nın yeni layihələri, həmçinin qardaş ölkədəki milli texnoliji həmlə prosesi müzakirə olunub.
S.Bayraktar adıçəkilən proqramın bu axşam efirə çıxacağını da qeyd edib və verlişin anonsunu paylaşıb.
Gununsesi.info