Səlcuq Bayraktar: Qarabağ qardaşlığımızın zirvəsidir

  • By admin
  • 26 May 2022 12:16

Tək millət, iki dövlət olaraq qardaşlarımız bir neçə dəfə sınandı və hər dəfə könül bağımız daha da gücləndi. Qarabağ qardaşlığımızın zirvəsidir.  

Gununsesi.info xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan”ın açılışında deyib.

Dost dar gündə tanınar deyən Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə pis gündə və yaxşı gündə də birlikdədir və hər zaman olacaq:

“Bəxtiyar Vahabzadənin dediyi kimi bizlər ət və dırnaq kimi ayrılmaz qardaşıq. Bir ananın iki oğlu Bir amalın iki qolu O da ulu, bu da ulu Azərbaycan -Türkiyə”.

“Teknofest uşaqların və gənclərin xəyallarımın önündən məhdudiyyət olmamaması üçün həyata keçiririk. Türk qırıcıları əzmi ilə nələr edəcəyini bütün dünyaya nümayiş etdirəcək. Şuşaya, can Azərbaycanın hər bir yerinə salamlarımı çatdırıram” – deyə Səlcuq Bayraktar qeyd edib.

Gununsesi.info