Səməd İlqar Balakişiyevi xilas edərkən vuruldu - ÜRƏYİNDƏN VURUBLAR (VİDEO)

  • By admin
  • 11 İyul 2018 11:45

Gəncədə polislə qarşıdurmada öldürülən Nizami rayon Polis idarəsi rəisinin müavini Səməd Abbasovun qardaşı Hacı Tahir Abbasov Gununsesi.info-ya müsahibə verib. 

İmamzadə türbəsinin axundu olan Hacı Tahir Abbasov qardaşının qətli haqqında danışıb. Hacı Tahir qardaşının ölümünün Elmar Vəliyevə qarşı narazılıqla hər hansı bir əlaqəsinin olmadığını deyib. O, bildirib ki, bu olay Azərbaycan dövlətinə qarşı bir təxribatdır.

“Onlar gələn zaman bunlar özü də çaşqın vəziyyətdə olub ki, əllərində bıçaq, dəyənək, lom olan gənclər haradan çıxdı? Gəncədə belə bir xarakter yoxdur ki, günahsız insanı belə amansızcasına qətlə yetirəsən. Bu, xüsusi təşkil olunmuşdu. Ermənistana sığınan adamlar var ki, internet üzərindən çağırışlar edirdilər. Burada məqsəd ara qatmaq və asayişi pozmaq idi. Heç bir zaman dini əqidəsi olan adam belə açaqlıq eləməz, başqa bir ailənin üzvünü qətlə yetirməz. Qətl böyük günahdır. Qardaşım da iş başında şəhid olub”.

Gununsesi.info həmin müsahibəni təqdim edir:

Pərviz Həşimli

Gununsesi.info