Səmərqənddə Türkdilli ölkələrin təhsil nazirlərinin görüşü keçiriləcək

  • By admin
  • 15 May 2023 14:58

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhsil nazirlərinin yeddinci iclası Özbəkistanın paytaxtı Səmərqənddə keçiriləcək.

Bu barədə məlumat Türk Dövlətləri Təşkilatının saytında yerləşdirilib.

İclas iyunun 13-14-də təşkil ediləcək.

Görüşdə ölkələr arasında təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Gununsesi.info