Şəmkir sakini döyüldü

  • By admin
  • 15 Sentyabr 2017 23:02

ambulance_tecili_tibbi8

Gununsesi.info xəbər verir ki, Şəmkirdə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Əli Rəhimov müxtəlif bədən xəsarətləri və sifətin cırılmış yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta- ağır olduğu bildirilir. Ə. Rəhimovun kim tərəfindən döyüldüyü hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info