Şəmkir sakini qonşusu tərəfindən bıçaqlanıb

  • By admin
  • 06 İyun 2021 09:53

Şəmkirdə bıçaqlanma olub.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib. Belə ki, küçədə rastlaşan kənd sakinləri 1981-ci il təvəllüdlü Vüsal Hüseynov və 1986-cı il təvəllüdlü Vasif Həsənov arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə zəminində V.Hüseynov keçmiş arvadının həyat yoldaşı V.Həsənova əl, qol və kürək nahiyyəsindən üç bıçaq zərbəsi vurub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info