Şəmkirdə 15 yaşlı yeniyetmə itkin düşüb

  • By admin
  • 28 İyul 2021 15:06

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

M. Vəliyevin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (070) 306-45-46 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.