Şəmkirdə 4 otaqlı ev yanıb

  • By admin
  • 08 Noyabr 2017 09:05

Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info