Şəmkirdə ağır qəza, 14 yaşlı oğlan öldü

  • By admin
  • 03 Fevral 2023 09:52

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, dünən saat 14 radələrində Qasımalılar kəndi ərazisində Abdullazadə Elvin Nazim oğlu sürdüyü “VAZ 21099” markalı maşınının  idarəetməsini itirib və nəticədə əks zolağa çıxıb. Daha sonra avtomobil 1963-cü il təvəllüdlü Məmmədov İlqar Hacı oğlunun sürdüyü “KamAZ”a çırpılıb.

Ağır qəza səbəbindən minik avtomobilində olan Gədəbəy rayonu, Qumlu kənd sakini, 14 yaşlı İmanov İlkin Elman oğlu hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılaraq istintaq aparılır.

Gununsesi.info