Şəmkirdə ağır qəza: 3 ölü, 2 yaralı var

  • By admin
  • 15 İyul 2021 09:27

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.

“QAZel” markalı kiçik tutumlu yük maşını ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ”da olan 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info