Şəmkirdə AĞIR QƏZA: ölənlər var

  • By admin
  • 15 Avqust 2021 19:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Qasımalılar kəndində “INFINITI” və “Ford” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə,hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1954-cü il təvəllüdlü Qasımova Ofeliya Əliş qızının və 1961-ci il təvəllüdlü Tağıyeva Familə Bəhram qızının meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info