Şəmkirdə ana və qızı dəm qazından zəhərləndi

  • By admin
  • 31 Dekabr 2022 21:57

Şəmkir rayonunda ana və qızı dəm qazından zəhərlənib.

Gununsesi.info xəbər verir ki, rayonun Çənlibel kəndində 1970-ci il təvəllüdlü Zəkiyə Mahmudova və onun anası 1938-ci il təvəllüdlü Zərifə Mahmudova dəm qazından zəhərlənib.

Onlar xəstəxanaya yerləşdiriliblər. Hazırda hər ikisinin vəziyyəti qənaətbəxşdir.

Gununsesi.info