Şəmkirdə ev yandı

  • By admin
  • 03 May 2022 10:54

Şəmkir rayonunun Qaracəmirli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin 1 otağının dam örtüyü və tavanının yanar konstruksiyaları 20 m² sahədə, qismən içərisindəki ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən  bildirilib ki, köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info