
Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 15 m² sahədə və 1 ədəd soyuducu yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












