Şəmkirdə iki bacı bıçaqlandı

  • By admin
  • 26 May 2021 20:57

Şəmkir rayonunda iki bacı bıçaqlanıb.

Gununsesi. info xəbər verir ki, rayon sakini, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev münaqişə zəminində keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhlanı bıçaqlayıb. O, bacıların hər ikisinə qarın boşluğundan bıçaq zərbəsi endirib.

G.Alıyev Şəmkir RPŞ Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi. info