Şəmkirdə qadın döyülüb, kəllə beyin travması alıb

  • By admin
  • 15 Mart 2017 23:43

tecili_yardim

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, rayonun Könüllü kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Qədi qızı Namazova qapalı kəllə beyin travması və müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın qonşusu və qohumu olan şəxs tərəfindən torpaq üstündə yaranan mübahisə zamanı döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info