
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Bu haqda Gununsesi.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fevralın 16-da Şəmkir rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
– aqroparkın, kartof və soğan saxlama anbarının yaradılması;
– quru meyvə istehsalı və dəyirman kompleksinin yaradılması;
– istixana, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Anar
Gununsesi.info











