Şənbə-bazar avtobus və metro işləməyəcək – Prezidentin köməkçisi

  • By admin
  • 25 May 2021 14:03

Şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir.

Gununsesi.info xəbər verir ki,bunu Modern.az-a açıqlamasında  Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.

Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan “Bakı Metropoliteni”nin fəaliyyəti əvvəlki qaydada – səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq:

“Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir”.