“Şər-böhtan nə ədalət məhkəməsini, nə də ictimaiyyəti çaşdıra bilməz”

  • By admin
  • 20 May 2021 15:36

Cavidan Kərimov: “Ali Məhkəmədən ədaətli qərar verib atam İslam Kərimovu azadlığa qovuşduracağını gözləyirik”

“Atam Kərimov İslam Sadıxovu şərləyərk həbs etdirən Xəqani Qədirov bəzi media qurumlarında çıxış edərək özünə bəraət qazandırır, saxta “əsaslar” gətirməyə cəhd edərək haqlı olduğunu sübut etməyə, bununla ictimayyəti aldatmağa çalışır. Amma bütün bunların hamısı yalan və böhtandır, ortada daşdan keçən faktlar və onlar məhkəmələrdə öz təsdqini tapıb. Hətta Xəqani Qədirov özü etiraf edib ki, Əfqanıstanda tikilən neftayırma zavoduna bir qəpik də olsun sərmayə qoymayıb. Bu barədə onun ifadəsi var”.

Bu sözləri “Gununsesi.info”-ya açıqlamasında həbsdə olan iş adamının oğlu, Moskva Beynəlxalq Münasibətlər Universitetinin məzunu Cavidan Kərimov bildirib.

O, əmindir ki, Xəqani Qədirovun bu əsassız, heç bir fakta söykənməyən açıqlamaları ictimaiyyəti çaşdıra bilməz. Çünki həqiqət, ədalət onların tərəfindədir, X. Qədirov müxtəlif vasitələrlə atasının həbsinə nail olsa da, Ali Məhkəmədə bu ədalətsizliyə nəhayət ki, son qoyulacaq: “Əgər Azərbaycan məhkəmələri qanunun aliliyini, ədaləti, Prezidentin bu barədə iradəsini rəhbər tuturlarsa, ədalətsizliyi davam etdirə bilməzlər. Biz də buna inanırıq, ümid edirik, Azərbaycan bir hüquq dövlətidir, burada bir instansiyada insanın hüququ pozulursa, daha yüksək instansiya onun qarşısını kəsəcək, haqq-ədaləti bərpa edəcək”.

Cavidan Kərimov deyir ki, Ali Məhkəmədə atasının cinayət işi araşdırılarkən, bir neçə mühüm qanunsuzluq faktına diqqət edilməlidir. O, ilk növbədə atasının Xəqani Qədirov tərəfindən necə aldadıldığına diqqət çəkir. Qeyd edir ki, əslində bu məsələdə həqiqətin harada olduğunu bilmək üçün atasının necə dolandırıldığını bilmək vacibdir. Çünki Xəqani Qədirovun bütün əməlləri məhz buradan start götürüb:

“2014-cü ildə atam İslam Kərimovu X. Qədirovla dostu Atif Novruzov tanış edib. X. Qədirov özünü əvvəllər “Metanol” zavodunun işçisi, son illər İranda, Rusiyada, Əfqanıstanda və İraqda neft ayırma zavodlarının tikintisi ilə məşğul olan mütəxəssis kimi qələmə verib. Və atamı Əfqanıstanda neft ayırma zavodu tikməyə təhrik edib, onu inandırmağa çalışıb ki, 7-8 ildir Əfqanıstanda məhz bu sahədə işləyir. Onun tikdiyi zavodlar yaxşı gəlirlə işləyir, bu zavod işə düşdükdən qısa müddət sonra bütün xərclər, qoyulan investisiyalar tam şəkildə çıxarılacaq, gəlir gətirəcək. Təəssüf ki, atamın bu sahədə təcrübəsi olmadığı halda X. Qədirova inanaraq onun təklifini qəbul edib. Xəqani ayda 3-4 min dollar maaş almaq müqabilində tikinti aparmağa və bu müddət ərzində bütün xərclərinin atam tərəfindən ödənilməsi ilə razlıaşıb. Bu razılaşmadan sonra X. Qədirov Əfqanıstandakı tanışı ilə əlaqə saxlayıb “Amo Hiratan Oil Refinery Co” neft istehsalı və emalı müəssisəsinin hərəyə 50 faiz payla yaradılmasını razılaşdırıb. Şirkətin səhmlərinin 50 faizi həmin Əfqanıstan vətəndaşına, 50 faizi isə İslam Kərimova məxsus olub. Şərtə görə, tikintiyə çəkilən xərcin hamısı – 4 milyon dollar İslam Kərimov tərəfindən maliyyələşdirilməli, Əfqanıstan vətəndaşı isə torpaq və sənədləşmə işlərini həll etməli idi”.

Cavidan Kərimov əlavə edir ki, bir müddət sonra Xəqani atasına təklif edib ki, tikintidə Azərbaycandan işçilər cəlb etməlidir: “Onlar bilməlidir ki, guya o da zavoda ortaqdır, formal da olsa səlahiyyətləri olmalıdır. Bu səbəbdən, İ. Kərimov zavoddakı payının 25 faizini ona versin. Əgər, zavod işə düşdükdən bir il sonra qoyulan investisiya çıxmazsa, göstərilən şərtlər daxilində 25 faiz payı atama qaytarmalıdır. İslam Kərimov da X. Qədirova inanaraq, şirkətdəki 50 faiz payın 25 fazini Xəqaniyə hədiyyə verib.

Atam İ. Kərimov tikinti aparılan müddətdə X. Qədirova əmək haqqı, otel, nəqliyyat və s. xərclərinin qarşılanması üçün ayda 4-5 min dollar pul ödəyib. Bundan başqa o zavodun tikintisinə 4 milyon dollardan çox pul xərcələyib. Pullar bilavasitə X. Qədirova verilib və onun aldığı avadanlıqların qiyməti, daşıma, quraşdırma və s. işlərə çəkdiyi xərclərlə maraqlanmayıb. Çox təəssüf ki, atam Xəqaniyə tam inandığından ondan bir dəfədə olsun maliyyə hesabatı tələb etməyib. Lakin “Amo Hiratan Oil Refinery Co” işə düşdüksən sonra bizə məlum oldu ki, X. Qədirov zavodu köhnə, işlənmiş, ötən əsrin 50-60-cı illərinə məxsus avadanlqılarla inşa edib. Nəticədə zavod elə birinci ildə rentabelli fəaliyyət göstərə bilmədi. Eyni zamanda Xəqani Qədirovun Əfqanıstan bazarından faizlə götürdüyü 15 min ton yanacağın pulunu və onun faizini sələmçilər geri ödəməyi tələb etdilər.

Beləliklə, atam X. Qədirov tərəfindən aldadıldığını, sərmayə kimi yatırdığı vəsaitin çox hissəsinin onun tərəfindən məniməsinildiyini, bir il keçməmiş zavodun 1.7 milyon dollar borclandığını nəzərə alaraq, Xəqaniyə hədiyyə kimi verdiyi 25 faiz səhmin geri qaytarılmasını, onları sataraq borcların ödənilməsini təklif etdi. Amma X. Qədirov müxtəlif bəhanələrlə İslam Kərimovun təklini qəbul etmədi”.

Cavidan Kərimov qeyd edir ki, atası borc faizinin hər gün artdığını, məhkəmə çəkişməsinin uzun çəkəcəyini nəzərə alaraq, Əfqanıstan məhkəməsində əmlakılnın geri alınması üçün iddia qaldırmayıb:

“Atam bacısı oğlu tərəfindən ona təqdim olunmuş, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notarius vəzifəsində işləyən Qasımova Aytəkin Eldar qızı tərəfindən verilmiş AR-1 saylı 498012 nömrəli saxta etibarnamədən istifadə etməklə, X. Qədirova hədiyyə kimi verdiyi səhnmləri geri alaraq, onu satıb borclarının daha da atrmasının qarşısını aldı. Beləliklə, İslam Kərimov bu zaman özgə əmlakını deyil, özünün hesab etdiyi səhmləri qanunvercilikdə nəzərdə tutlmuş qaydada deyil, özbaşınalıqla, X. Qədirovun xəbəri olmadan geri alıb.

Amma buna baxmayaraq, görün məhkəmlər nə ediblər: İstər ibtidai istintaq orqanı, istərsə birinci instansiya və apellyasiya məhkəməsi absurd şəkildə hesab ediblər ki, guya İ. Kərimov Xəqani Qədirova məxsus “Amo Hiratan Oil Refinery Co” neft istehsalı şirkətinin səhmləri onun etibarından sui-istifadə etməklə və aldatmaqla ələ keçirərək, ona 2.5 milyon dollar məbləğində zərər vurub.

Halbuki, 25 faiz səhm payı atama məxsus olub, onu müəyyən şərtlər daxildə X. Qədirova hədiyyə verib və sonra onu geri alıb. Bu zaman Xəqani Qədirova heç bir maddi zərərə dəyməyib”.

Cavidan Kərimovun sözlərinə görə, ümumiyyətlə iş materiallarında tam sübuta yetirilir ki, Xəqani Kərimov İslam Kərimovun ona bağışladığı 25 faiz səhm payının sahibi deyil: “Həmin əmlakı müvəqqəti istifadə edən şəxsdir. Qanunvericiliyin tələbinə görə, dələduzluğun törədilməsi nəticəsində zərər əmlakın birbaşa mülkiyyətçisinə vurulmalıdır. Bu halda isə həqiqi mülkiyyətçi atam İslam Kərimovdur. Mövcud qanunvericiliyin tələbinə görə, bağışlanmış hədiyyənin onu verən tərəfindən geri alınması hədiyyə alana zərər vurmur. Mülkü Məcəllənin 673.4-cü maddəsinə görə, bağışlamaqdan imtina edildikdə hədiyyə alan onu qaytarmağa borcludur. Bu zaman hədiyyə verənin onun geri alması hədiyyə alana vurulmuş zərər kimi qiymətləndirilə bilməz.

Sadəcə olaraq, bağışlanmadan imtina tərəflərin bağışlama müqaviləsindən əvvəlki vəziyyətinin bərpa olunmasından ibarətdir. Bundan başqa, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tövsüfedici əlaməti zərəçəkmiş şəxsə külli miqdarda ziyan vurulmaqla törədilməsində ehtiva olunur. Eyni zamanda hədiyyənin geri alınması hər hansıı cinayət tərkibi yaratmır və mülkü xarakterlidir.

Daha sonra Xəqani Qədirov bildirib ki, əmlaka olan hüquqlarını İslam Kərimova könüllü verməyib. O, bütün ifadələrində, ərizələrində İslam Kərimov tərəfindən onu xəbəri olmadan saxta etibarnamə ilə əmlakının ələ keçirildiyini iddia edib və bundan 6-7 ay sonra xəbər tutduğunu vurğulayıb”.

C. Kərimov qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 11 iyun 2015-ci il tarixli 7 qərarının 10 -cu bəndinə görə, CM-də nəzərdə tutulmuş talama cinayətlərindən fərqli olaraq, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir: “Əmlak sahibi onu və ya əmlaka olan hüquqlarını başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü şəkildə verir.

Qərarın 8-ci bəndinin 2-ci hissəsində göstərilir: “İzah edilsin ki, soyğunçuluqdan, oğurluqdan fərqli olaraq, dələduzluğun törədilməsi zamanı təqsirkar, zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq, hər hansı yolla ələ keçirmir. Həmin əmlakı zərəçəkmiş şəxs özü könüllü şəkildə təqsirkara verir. Halbuki, istər ibtidai istintaqda, istərsə də birinci instansiya məhkəməsində, apellyasiyada atam İslam Kərimovun zərərçəkmiş şəxsin etibarından sui – istifadə etməsi və ya aldatması halı sübuta yetirilməyib”.

Cavidan Kərimov vurğulayıb ki, hakimlər bu cinayət işi üzrə hökm və qərarlarını zərərçəkənin ifadələrindəki yoxlanılmamış, başqa sübutlarla təsdiq olunmamış uydurma məlumatları əsasında çıxarıblar:

“Göründüyü kimi, zərərçəkmiş əmlaka olan hüquqlarını İslam Kərimova könüllü olaraq verməyib və onun qaytarılmasından məlumatsız olub. Bu halda CM-nin 178-ci maddəsinin tərkib əlamətləri mövcud olmayıb.

Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 22-ci bəndinə görə, şəxs özünə məxsus əmlakı sərəncam vermək hüququnun olduğunu ehtimal edərək, aldatma və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə belə təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilə bilməz. Belə hallarda müvafiq əsaslar olduqda həmin şəxs özbaşınalığa görə, yəni CM-nin 322-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər”.

Cavidan Kərimov burada maraqlı bir məqama diqqət çəkir:

“Apellyasiya kollegiyası zavodun səhmlərinin dəyərini nə birjada qiymətləndirmədən, nə də onu müəyyən etmək üçün audit və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəylərini almadan sələmlə, zərərlə işləyən, 1.7 milyon dollar borcu olan zavodun dəyərini ehtimallar əsasında 10 milyon dollar qiymətləndirir. Sonda isə X. Qədirova zərər dəymədiyi halda atam İslam Kərimovdan 2.5 milyon dolların alınıb X. Qədirova verilməsi barədə qərar qəbul edib. Ümumiyyətlə zərərin mənşəyinin nədən yarandığı müəyyən edilməyib”.

C. Kərimovun sözlərinə görə, məhkəmədə tam sübuta yetirilib ki, 5 noyabr 2016-cı il tarixli etibarnaməni saxtalaşadıran məhz 1 saylı “ASAN Xidmət” Mərkəzində notarius vəzifəsində işləyən Qasımova Aytəkin Eldar qızıdır. “Etibarnamənin onun tərəfindən verildiyi, möhür və imzanın ona məxsus olduğu, bu sənəd veriləndən sonra onun üzərində hər hansı düzəliş edilməməsinin təsdiq olunduğu halda ibtidai istintaq orqanı və məhkəmələr bilə-bilə həmin sənəddən istifadə edən İslam Kərimovun əməlini xüsusi norma olan CM-nin 320.1-ci maddəsi ilə tövsüf ediblər. Ekspert rəyindən görünür ki, notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları Xəqani Qədirov, İslam Kərimov, Orxan Quliyev tərəfindən yox, başqa şəxs tərəfindən icra olunub”,-deyə iş adamının oğlu vurğulayıb.

C. Kərimovun sözlərinə görə, məhkəmənin hökmündə istinad etdiyi yeganə sənəd – Məhkəmə Xətşünaslıq Ekspertizasının 17 may 2018-ci il tarixli 12464 nömrəli Rəyidir ki, orada atasının Xəqani Qədirovun etibarından sui-istifadə etməklə əmlaka olan hüquqlarını ələ keçirməsi təsdiq edilməyib.

C. Kərimov sonda bir məqama da diqqət çəkir: “CM-nin 12.1, 13.1 maddələrinin və Konstitusiya Məhkəməsinin 8 noyabr 2012-ci il tarixli Qərarının, yuxarıda şərh olunan Pelunum qərarının tələblərinə baxmayaraq, atam İslam Kərimovun qeyd olunan əməllərinin Əfqanıstan Respublikasının qanunverciliyində dələduzluq cinayətinin tərkibini yaradıb-yaratmaması barədə sorğu göndərilməyib. Bu hərəkətin cinayət sayılması, habelə onun xarici ölkədə məhkum olunub-olunmaması barədə də səlahiyyətli orqandan rəsmi sənəd almayıb”.

Cavidan Kərimov sonda qeyd edib ki, bütün bu faktlardan sonra Xəqani Qədirovun ictimaiyyəti aldatmaq cəhdləri faydasızdır: “Ali Məhkəmənin təcrübəli, savadlı və ədalətli hakimlərini bu cür yollarla əldatmaq cəhdi baş tutmayacaq. İnsanlar onu mətbuata dediklərini də oxsunlar, mənim təqdim etdiyim faktlra da diqqət yetirsinlər. Həqiqət o qədər açıq-aydındır ki, onu sübut etmək üçün çaba göstərməyə ehtiyac yoxdur. Əminəm ki, Ali Məhkəmənin Cinayət Kollegiyasımaddi və prosessual qanunverciliyin tələblərinə əməl etməklə ədalətli və əsaslı nəticəyə gələcəklər. Bununla da Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemi qarşısında qoyduğu tələblərdən çıxış edərək qərar verəcəklər”.

C. Kərimov hesab edir ki, Kassasiya instansiyası məhkəməsi bu iş üzrə birinci instansiya məhkəməsinin məlum hökmünü, Apellyasiya Məhkəməsinin qərarını ləğv etməli, məhkumlar Kərimov İslam Sadıx oğlunun və Quliyev Orxan Allahverdi oğlunun əməlləri Cinayət Məcəlləsinin 178.3.2 maddəsindən, həmin Məcəllənin 322.1 maddəsinə tövsüf etməli, müddətin keçməsi ilə bağlı hər iki məhkumla bağlı cinayət işinin icrasına xitam verilməlidir.

Xatırladaq ki, İslam Kərimov Xəqani Qədirovun şikayəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 28.07.2020-ci il tarixli qərarı ilə İ. Kərimovun cəza müddəti 7 ilə çatdırılıb. Məhkəmə zərərçəkənin mülki iddiasını təmin edərək, onun qarşı tərəfə 2.5 milyon dollar ödəməsinə dair qərar çıxarıb. Bu qərardan kassasiya şikayəti verilib. Mayın 26-da Ali Məhkəmədə məhkəmə prosesi keçiriləcək.

No description available.

Gununsesi.info