Şərafəddin Şərifov vəfat etdi

  • By admin
  • 18 Sentyabr 2021 10:23

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Ümumi fənlər” kafedrasının müəllimi Şərafəddin Fərman oğlu Şərifov dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, Ş.F.Şərifov 1955-ci il fevralın 20-də Quba rayonunun 2-ci Nügədi kəndində anadan olmuş, 1978-ci ildə Saratov Hüquq institutunda “Hüquq” fakültəsinə daxil olmuş və 1980-ci ildə təhsilini başa vurmuşdur.

2010-ci ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Daha sonra təlimatçı və müəllim vəzifələrində çalışmışdır.

Allah rəhmət eləsin.

Gununsesi.info