Sərbəst güləşçilərimiz lisenziya turnirində 4 medal qazandı

  • By admin
  • 19 Mart 2021 20:50

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində medal görüşünə çıxıb.

Gununsesi.infonun məlumatına görə 125 kq-da yarışan Camaləddin Məhəmmədov “bürünc” uğrunda albaniyalı Paris Karepi ilə qarşılaşıb.

Rəqibinə 11:0 hesabı ilə qalib gələn idmançı Azərbaycana lisenziya turnirində 4-cü medalı qazandırıb.

Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) isə bürünc medala yiyələnib.

86 kq-da güləşən Abubakr Abakarov isə bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə uduzub.

Gununsesi.info