Sərdar Cəlaloğlu da namizədliyini irəli sürdü

  • By admin
  • 21 Fevral 2018 13:14

Azərbaycan Demokrat Partiyası aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar verib. 

Partiyadan Gununsesi.info-ya daxil olan məlumata görə,  qərarda bildirilir ki, ölkədəki ictimai siyasi vəziyyət, siyasi coğrafiyamızda baş verən təhlükəli proseslər, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyi, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq partiya 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq belə bir  qərar verib.

Seçkilərdə iştirakla bağlı ADP-də seçki qərargahı yaradılıb. Parttiyanın namizədi Sərdar Cəlaloğlunun seçkiyə sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.

Qeyd edək ki, partiyanın seçkidə namizədi ADP sədri Sərdar Cəlaloğludur.

Mürtəza

Gununsesi.info