Sərhəd zonasında külli miqdarda çətənə kolu aşkarlandı

  • By admin
  • 12 İyun 2018 10:21

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfin­dən Ağstafa rayo­nunun Sadıxlı kəndinin arxa hüdudunda “Qara­yazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km ara­lıda aşkar­lanmış sahədə aqrotexniki qulluq olunmamış, hün­dürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyənləşib.

 DSX-in mətbuat mərkəzindən bildirilib ki, qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə tə­sərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaş­la­rının işti­rakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.