Sərhədçimiz TIR sürücüsünü maşınla vurdu – ÖZƏL

Şimali Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda ölümlə nəticələnən hadisə baş verib.

Gununsesi.info-nun özəl mənbədən əldə etdiyi xəbərə görə, Rusiyadan Azərbaycana keçən TIR gömrük terminalına daxil olub. Türkiyə vətəndaşı olan TIR sürücüsü avtonəqliyyatdan enən zaman Dövlət Sərhəd Xidmətinə məxsus maşınla vurulub.

Aldığı zərbədən ağır yaralanan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Elmar

Gununsesi.info