Sərhədlərin qapalı tutulmasının səbəbi nədir? – Əhalinin cibinə və iqtisadiyyata dəyən ziyanın görünməyən tərəfləri…

  • By admin
  • 10 İyun 2023 17:55

“Bu gedişlə Azərbaycanı tənəzzül gözləyir, insanlar artıq yoxsulluqdan beziblər”

 

Sərhədlərin illərdir ki, qapalı olması ilə bağlı Son ÜMid Xalq Hərəkatının sədri (SÜXH) Ramin Əliyevin fikirlərini aldıq.

Gununsesi.info xəbər verir ki, sədr Əliyev sərhədlərin qapalı olmasını monopoliya və məmurların qazanc artımı istəyi ilə əlaqələndirir.

Əliyev bu addımı hökumətin göstərişi ilə əlaqələndirir.

“Səhədlərin bağlanması monopoliyanın göstəricisidir. Ağır məsələdir. Ölkəyə böyük bir sahibkarlıq obyekti, alış-veriş mərkəzi kimi baxılır”. – deyə vurğulayır.

SÜXH sədri ölkənin hüquqi qaydalarla deyil qazanc üzərindən idarə olunduğunu iddia edərək məmur elitasını öz cibini güdməkdə ittham edib.

“Pandemiya əllərinə sərhədləri bağlamaq üçün fürsət verdi. İddia edirlər ki, hansısa təxribatı önləmək üçün sərhədlər qapadılır. Əgər bu iddia doğrudursa, demək ki, Azərbaycan dövləti mütləq gücə sahib deyildir. Sərhəddən “gələ biləcək” hansısa təxribatın qarşısında sərhədlər qapadılır. Digər tərəfdən isə, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar gedir. Quru sərhədlərin qapasılması həm də Rusiyanın istəyidir. Ermənistana quru yolla məhsulların-malların ictimaiyyətə sızmaması üçün edilir. Cəmiyyətin bu olanlardan xəbərsiz olması üçün sərhədlər israrala qapalı tutulur”.

Əliyev söyləyir ki, pandemiya bütün dünyada bitib. Bu, hər kəsə məlumdur. Azərbaycanda isə hər iki ayda bir dəfə karantin rejimi uzadılır.

Daha sonra gənc siyasətçi Azərbaycan iqtisadiyyatını Türkiyə ilə qarşılaşdırma edərək fikirlərini bu cür əsaslandırır:

“Türkiyənin sərhədləri heç bir dövlətlə qapalı deyil(Ermənistan xaric). Türkiyədə Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi, ilə Türkiyədə milli valyuta olan TL-yə hücumlar, iqtisadiyyata kəskin hücumlar nəticəsində  TL dollar qarşısında əriməkdədir, devalvasiya var. Belə olduğu durumda,Azərbaycanda da sərhədlərin qapalı olması, monopoliyanın varlığı ilə yaxın iki ayda nədən devalvasiya olmasın? Bazarlarda devalvasiya hiss olunur. Qida məhsullarının qiymətləri yüksəlir. Faktiki olaraq Mərkəzi Bank suni yollarla manatı dollara qarşı eyni nisbətdə tuta bilir. Bunun üçün əlavə pullar xərcləyir. Ancaq mümkün deyil bu. Görünüş olaraq mümkün olsa belə. Məsələn, öncələri bazarda 1 manata olan qida məhsulunu indi 5 manata alır. Bu isə yenə də örtülü bazar sistemində manat dollar qarşısında dəyərini itirir. Bu baxımdan, gizli sistem qurublar ki, əhali tədricən bahalaşmaya öyrəşsin”.

 

Sədr bu durumu hökumətin iqtisadi mütəxəssislərinin bazarı stabil tuta bilməməsi ilə əlaqələndirir.

Güman edirəm ki, Azərbaycanda yaxın iki ayda dollar kəskin bahalaşacaq. Hazırda Mərkəzi Bank ehtiyat valyutasını xərcləyib manatı stabil saxlasa da, söylədiyim gizli bazar sistemində 1 dollar, faktiki olaraq, 3-4 manat deməkdir. Üzən məzənnə sisteminə keçid olsa, dolların növbəti stabil saxlanması dolların manata nisbəti 2,50 qəpik / 3 manat olacaq. Yenidən manatın daha da ucuzlaşmaması üçün yenə  valyuta ehtiyatı xərcləməli olacaqlar. Bu isə iqtisadiyyatın tənəzzülü deməkdir. Baxmayaraq ki, neft-qaz gəlirlərindən iqtisadiyyata milyardlarla pul gəlir, özlərinin nəzarətində olan qeyri-neft sektorundan 10-12 milyard gəlir var. Ümumilikdə, Azərbaycan büdcəsinə hrə il milyardlarla pul gəlsə də, onun 10-15 milyardını manatı stabil xərcləmək üçün xərc edirlər”.

Daha sonra Ramin Əliyev “sabah ölkəyə gələn gəlirlər azalsa, manatı necə stabil tuta biləcəklər?”, – deyə sual edərək bunları açıqlayır:

“Məlum məsələdir ki, Türkiyədə necə ki, Mərkəzi Bank mənfi saldo ilə işləyir. Türkiyə kimi bir dövlətdə dollar ehtiyatları tükənib. Azərbaycan Mərkəzi Bankında dollar niyə tükənməsin?! Artıq dollar azalır. Maksimum 3 ay uzada biləcəklər. Daha çoxu mümkün deyil. Manat dollara nisbətdə 2 manat 50 qəpik – 3 manata indekslənə bilər. Bizim ehtiya kapitalımız tükənmək üzrədir. Bu da bizim əhalinin, kasıb təbəqənin cibinə girmək deməkdir. Bütün sahələrdə olduğu kimi, Kənd Təsərrüfatı sahəsi də, monopoliyadan dolayı normal gəlir əldə edə bilmir. Torpaqlar əkilmir, becərilmir. Beləcə, bu məhsullar xaricdən ölkəyə idxal olunur. Geni dəyişdirilmiş üçüncü dərəcəli məhsullar gətirilir ölkəyə. Hökumət Qarabağda yeni bir iqtisadi rayon yaradır. Onun xalq üçün deyil, məmurların biznesini inkişaf etdirmək üçün edirlər“.

Gənc siyasətçi R. Əliyev hökumət məmurlarının Qarabağ İqtisadi Rayonunda Kənd Təsərrüfatı məhsullarının yetişdirilməsi üçün böyük bir plantasiya qurduğunu və bu investisiyanın itirməmək üçün sərhədlərin qapalı qalacağını deyir.

“Belə olduqda isə, məcburi köçkünlər öz yurd-yuvalarına icazə ilə gedəcəklər. İnsanlar artıq yoxsulluqdan beziblər. İntiharlar…

Xalq haqqını tələb etməyə, iradəsini ortaya qoyanadək geri addım atmaq istəmirlər. Bu sistem nə kiçik, nə də orta və böyük sahibkarlıq obyektlərinin inkişafına imkan verir. Bu dəfə sadə xalqın cibinə gözləniləndən daha çox giriləcək. Bu gedişlə Azərbaycanı tənəzzül və müsubət gözləyir”. 

 

Arzu

Gununsesi.info