Sərkisyan separatçılarla birgə hələ də Qarabağdadır -FOTO

Ermənistanın 3-cü prezidenti, Birinci Qarabağ savaşında azərbaycanlılara qarşı soyqırımda aktiv iştirak edən Serj Sərkisyan hələ də Qarabağdadır.

Gununsesi.info  xəbər verir ki, bir neçə gün öncə Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların nəzarəti altında olan hissəsinə gələn Sərkisyanın orada günlərdir nə etdiyi kimsəyə bəlli deyil.

Bu gün isə Sərkisyan İnstaqram səhifəsindən Qarabağdakı yeni fotosunu “Dostlarla” adı ilə paylaşıb. Sərkisyanın fotodakı “dostları” isə keçmiş və qondarma “dqr”in qondarma başçıları olmuş Bako Saakyan və Arkadi Qukasyan, həmçinin Pargev Srbazandır.

Separatçıların Qarabağda birləşib, yenə hansı qətliamlara hazırlaşdığı diqqətçəkicidir.

Gununsesi.info