Sərnişinləri yolda qoyan avtobus sürücüsü işdən çıxarılıb

  • By ilhame
  • 11 Dekabr 2023 20:04

Ötən gün sərnişinləri avtobusla yolda qoyub gedən sürücü işdən çıxarılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Bakubus” MMC məlumat yayıb.

 

“Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib.Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq”, – qurumdan bildirilib.

Gununsesi.info