Şərqi Qutada iki həftə ərzində 600 insan həlak olub

  • By admin
  • 04 Mart 2018 18:06

 

İki həftə ərzində Suriyanın Şərqi Quta bölgəsində aviazərbələr və quru qüvvələrinin hücumu nəticəsində 600-ə qədər insan həlak olub.

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin Suriya böhranı üzrə humanitar yardım koordinatoru Panos Moumtzis bildirib.

Fevralın 18-dən indiyə qədər Şərqi Qutada 2 mindən çox insan da yaralanıb.

Gununsesi.info