Sərt karantin rejimi yumşaldılacaqmı? – Açıqlama

  • By admin
  • 09 Yanvar 2021 09:56
Azərbaycanda koronvirusa yoluxanların sayı günbəgün azalmaqda davam edir. Gündəlik yoluxanların sayındakı azalma sərt krantin rejimində yumşalmalara gedilməsi ilə bağlı fikirlər ortaya çıxarır.

Hətta yanvarın 18-dən sonra yumşalmaların olacağı ilə bağlı fikir səsləndirənlər də az deyil. Belə ki, yanvarın 18-dən sonra Azərbaycanda sərt karantin rejimində yumşalmlar olacaqmı?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə məndə heç bir məlumat yoxdur:

“Hazırda yanvarın 18-nə kimi ölkədə sərt karantin rejimi tətbiq edilir. Sərt karantinn rejimi ilə bağlı hər hansı məlumat çıxarsa, tərəfimizdən bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Gununsesi.info