“Səs-küyə görə sakinlər aidiyyəti qurumu tapa bilmir”

  • Müəllif: Şəbnəm
  • 22 Sentyabr 2026 11:53

“Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti işləri və xarici quraşdırılan istilik, havalandırma avadanlıqları səbəbindən yaranan səs-küyün konkret saat və desibel həddi ilə tənzimlənməsi yoxdur”.

Gununsesi.info-nun xəbərinə görə, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bildirib.

“796 nömrəli Fərman səs-küy səviyyəsini qismən tənzimləsə də, konkret saat cədvəli yoxdur və icra mexanizmində boşluqlar var. 

Hansı orqanın operativ reaksiya verməli olduğu, ölçmə aparmalı olduğu aydın deyil. Sakin şikayət etdikdə çox vaxt “bizim səlahiyyətimizdə deyil” cavabı ilə rastlaşır”,-deyə deputat əlavə edib.

 

 

Şəbnəm

Gununsesi.info