Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrailin Qəzza şəhərində həyata keçirdiyi quru əməliyyatını “ən sərt şəkildə” pisləyib.
Nazirlik İsrailin Fələstinlilərə qarşı hərəkətlərini və beynəlxalq ictimaiyyətin müvafiq tədbir görməməsini tənqid edib.
Xatırladaq ki İsrail ordusu çərşənbə axşamı səhər Qəzza şəhərini kütləvi bombardman edib və qoşunlarını şəhərin mərkəzinə irəlilədib.
Ordu qurudan hücumda 150-dən çox hədəfi vurduğunu bildirib.
Gülxanım












