Səudiyyə neft hasilatına görə ABŞ-ı ötüb

  • By admin
  • 14 Sentyabr 2016 17:36

neft

Səudiyyə Ərəbistanı avqust ayında neft hasilatına görə ABŞ-ı geridə qoyub.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,Səudiyyə Ərəbistanı avqust ayında xam neft və neft məhsulları istehsalına gündə orta hesabla 12,6 milyon barelə çatıb. ABŞ isə günlük 12,2 milyon barellə ikinci olub.

Neftin qiymətinin aşağı düşməsi ABŞ-da istehsalçılara mənfi təsir göstərib. Səudiyyə Ərəbistanı isə yeni sahələrlə neft ixracını genişləndirib.

Qeyd edək ki, dünya bazarında neftin qiyməti isə 48-50 dollar arasında dəyişir.

Gununsesi.info