Səudiyyə Yəməni vurdu - 39 NƏFƏR ÖLDÜ (FOTOLAR)

  • By admin
  • 13 Dekabr 2017 14:46
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin paytaxtı Səna şəhərinin şərqindəki polis mərkəzinə hava zərbələri endirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 39 nəfərin öldüyü, 90 nəfərin isə yaralandığı bildirilir.

Polis məntəqəsində ölənlər məhkumlar olub.

Qeyd edək ki, paytaxt Səna 2014-cü ildən bu yana husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə 2015-ci ilin martından Yəmən hökumətinə dəstək göstərir.


Gununsesi.info