Səudiyyədən Ankaraya qarşı mənfi addım: Türkiyə istehsalı olan məhsulları boykot edir

  • By admin
  • 28 Noyabr 2020 10:44

Səudiyyə Ərəbistanı Türkiyə istehsalı olan məhsulları boykot edib.

Gununsesi.org qafqazinfo-ya istinadən xəbər verir ki, aylardır davam edən qeyri-rəsmi boykot verilən qərarla rəsmiləşib.

Bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb. Bildirilib ki, Ərəbistana ət məhsulları, bal, süd, yumurta kimi digər kənd təsərrüfatı məhsullarının rəsmi qaydada idxalı dayandırılıb.

Qeyd olunub ki, Ankara və Ər-Riyad münasibətlərinin gərginləşməsindən sonra belə bir addım atılıb.

Gununsesi.org