Səyyad Əlizadənin halı pisləşdi Müğənni reanimasiyaya yerləşdirildi

  • By admin
  • 28 Oktyabr 2016 13:10

seyyad

Müğənni Səyyad Əlizadənin dünən qəfl halı pisləşib.

Gununsesişinfo xəbər verir ki, ifaçının evinə təcili yardım çağırılıb. Lakin həkimlər ev şəraitinin uyöun olmadığını deyərək Səyyad Əlizadəni təcili xəstəxanaya çatdırıblar.

Gununsesi.info-ya açıqlama verən müğənninin dostu Meydan ifaçının səhhətinin normal olduğunu bildirib.

“Vəziyyəti normaldır. Mən özüm gördüm vəziyyəti yaxşıdır. Həkimlərlə hal-hazırda danışıq aparırıq. Şükür ki, bpyük bir şey yoxdur. Dedilər bərk soyuqlayıb deyə  ürəyinə vurub. Bu gün xəstəxanadan çıxaracaqlar, müaciləni evdə davam etdirəcək ”.

Gununsesi.info