Səyyad Əlizadənin səhhəti ilə bağlı AÇIQLAMA

  • By admin
  • 21 Sentyabr 2021 12:44

Səyyad Əlizadənin vəziyyəti stabil olaraq qalır. Komadan ayılmayıb.

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənninin kürəkəni Razim Qarayev deyib. O bildirib ki, həkimlər əllərindən gələni edir:

“Qızdırması düşüb, amma dəyişiklik yoxdur”.

Qeyd edək ki, koronavirusa yoluxan sənətçinin səhhəti ağırlaşdıqdan sonra Zığdakı modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülüb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Gununsesi.info