“Səyyar qəbul otağı” bu dəfə Sabirabad sakinlərinin ixtiyarına verildi - FOTOLAR

  • By admin
  • 13 Sentyabr 2022 21:41

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabad rayonunda keçirilib. “Səyyar qəbul otağı”nda 18 müraciət səsləndirilib.

Bu müraciətlərdən 9-u fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi olub.

Digər müraciətlər isə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənməsi ilə mavi yanacağın təminatı prosesinin bərpasından ibarət olub.

Aksiyada səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıqlar verilib.

Gununsesi.info