S. Ərəbistanından İsrailə xəbərdarlıq: “İşğal altındakı Fələstin torpaqları…”

  • By arzu
  • 14 Fevral 2023 18:23

Səudiyyə ərəbistanı İsrailə çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrailin işğal altındakı torpaqlarda qurduğu qaçaq məskunlaşmaları rədd edərək, təktərəfli addımlar tətbiq etməkdən vaz keçməyə səsləyib.

HTML tutorial

S. Ərəbistanın Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada rəsmi Ər-Riyadın Qərbi Şəriədə 9 qaçaq yəhudi məskunlaşma yerini qanuni sayma qərarına qarşı olduğu bildirilir.

“S. Ərəbistanı işğal altındakı Fələstin torpaqlarında yerləşməsini rədd etməkdədir” – ifadəsinə yer verilib.

İsrail siyasi idarəçilərinin ölkələrarası qərarlara tabe olması, təktərəfli addımlar tətbiq etməməsi və barışıq imkanlarını baltalamamasının önəmi vurğulanıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info