S-300 raketləri texniki standartlara cavab vermir? - FOTO + VİDEO

  • By admin
  • 07 Dekabr 2016 14:52

s33
Rusiyanın qüruru S-300 “Favorit” zenit-raket sisteminin (ZRS) sınağı zamanı uğursuzluq yaşanıb.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, Rusiya ordusu Həştərxan vilayətinin Aşuluk poliqonunda S-300 zenit-raket sisteminin döyüşə hazırlıq səviyyəsini yoxlayarkən uğursuzluq yaşanıb. Belə ki, roket havaya qalxandan qısa bir müddət sonra yerə düşərək patlayıb.
Məlumata görə, hadisə raketlərin Suriyaya göndərmədən öncə Rusiya ordusu tərəfindən aparılan test atışları zamanı baş verib.
Qeyd edək ki, S-300 zenit-raket kompleksi qoşun qruplaşmalarının və İnzibati-sənaye mərkəzlərinin bütün növ təyyarə və helikopter, qanadlı raketlər, digər aerodinamik hava hücumu vasitələri, operativ-taktiki təyinatlı aeroballistik və ballistik raketlərin zərbələrindən müdafiəsi üçün nəzərdə tutulub.

https://www.youtube.com/watch?v=ZeCRtiq95Rg
Anar

Gununsesi.info