
“Həm Svaneti, həm də bütün Gürcüstan “quldurların” əlindədir və onlar Mestia-nı hakimiyyətlə əlaqəli qrup üçün kiçik pul qazanan obyektə çevirmək və orada Bitcoin mədən məntəqələri açmaq qərarına gəliblər”.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
Onun sözlərinə görə, Mestiada daimi elektrik qrafiki işə salınıb – gündə cəmi 4 saat, bu, Şevardnadze vaxtındakı Gürcüstanın mini modelidir.
“2009-cu ildə Mestia turizm sektorunun inkişafı layihəsinə başladığımız zaman əsas narahatlıq Mestia əhalisi üçün daimi gəlir mənbəyi yaratmaq idi. Mövcud şəraiti nəzərə alaraq, kommunistlər dövründən, çox zəif elektrik cərəyanlarının olduğu vaxtdan, yolun rekord müddətdə çəkilməsinə paralel olaraq, qış ərzində, ən çətin meteoroloji şəraitdə, Energetika Nazirliyinin 24 saatlıq işi sayəsində, qarda və şaxtada güclü elektrik xətlərini çəkə bildik.
Təəssüf ki, güclü qarda uçqun nəticəsində baş verən fəhlələrin faciəvi ölümü zamanı da iş prosesi dayanmadı. Tetnuldidə növbəti yeni kurortun tikintisi ilə paralel olaraq xətti və xizək kurortunun infrastrukturunu da qurduq. Məncə, Yuxarı Svaneti ildə bir milyon yüksək gəlirli turist qəbulu xidməti göstərə bilirdi. O vaxt belə idi, amma indi həm Svaneti, həm də bütün Gürcüstan quldurların əlindədir. İndi onlar Mestia-nı hakimiyyətlə əlaqəli qrup üçün kiçik pul qazanan obyekə çevirmək və orada Bitcoin mədən məntəqələri açmaq qərarına gəliblər.
Tər və qanımızla yaratdığımız “pulsuz” elektrik enerjisini istismar edərək o qədər acgözlüklə pul qazanırlar ki, indi Mestiada daimi elektrik qrafikini fəaliyyətə saldılar – gündə cəmi 4 saat. Bu, Şevardnadze vaxtındakı Gürcüstanın mini modelidir. Ümid edirəm ki, Mestia xalqı səsini çıxaracaq və mənim prezidentliyim dövründə onlar üçün yaradılmış sərvəti suya tökməyəcəklər”, – Mixeil Saakaşvili Facebook səhifəsində yazıb.
Gununsesi.info