Saakaşvili aclıq aksiyasını dayandırdı

  • By admin
  • 11 Noyabr 2021 18:46

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul edib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı Strasburq məhkəməsinin qərarını nəzərə alıb.

Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.

Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.

Gununsesi.info