Saakaşvili azad edilir?

  • By admin
  • 23 Aprel 2022 12:10

“Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melia sabiq pezident Mixeil Saakaşvilinin həbsdən azad edilməsinin yollarından danışıb. 

Gununsesi.info gürcü mediasına istinadla xəbər verir ki, Melia Gürcüstanın tərəfdaş ölkələrinin aktiv dəstəyi olmadan yaxın bir müddətdə Saakaşvilinin həbsdən azad edilməsinin çox çətin olduğunu bildirib.

Nika Melia hesab edir ki, onların tərəfdaşlarının aktiv dəstəyi olmadan Mixeil Saakaşvilinin qısamüddətli perspektivdə həbsdən azad edilməsi çox çətindir: “Bunu etmək üçün bir neçə çıxış yolu mövcuddur. Birincisi, davamlı şəkildə baş tutan genişmiqyaslı aksiyalardır, ikincisi, bizim beynəlxalq tərəfdaşlarımızın Mixeil Saakaşvilinin azad edilməsi ilə bağlı məsələdə aktiv iştirakları, üçüncü imkan isə xanım Zurabişvilinin müvafiq sənədə (əfv fərmanı -red.) qol çəkməsidir ki, o, bunu etmir. Hazırkı vəziyyətdə Mixeil Saakaşvili və partiya üçün ən faydalısı və daha çox nəticə əldə edə biləcəyimiz bizim tərəfdaşlarımızla əməkdaşlıq etməkdir. Bəli, bir neçə çıxış yolu mövcuddur ki, kombinasiyalı fəaliyyət nəticəsində Mixeil Saakaşvilinin həbsdən azad edilməsi, müalicə üçün ölkənin hüdudlarından kənara çıxarılması baş tutsun. Biz bununla yatıb, bununla oyanırıq. Mən həbsdə olarkən 100 min nəfərlik aksiyalar keçirilsəydi belə beynəlxalq tərəfdaşlarımızın dəstəyi olmasaydı hələ də həbsdə olardım”.

Onun sözlərinə görə, daha əvvəl M.Saakaşvilinin azadlığa buraxılması ilə bağlı lazımi beynəlxalq dəstək almasalar belə hazırda bu istiqamətdə ciddi şanslar var:

“Proses başqa istiqamətdə getdi və biz gözlədiyimiz beynəlxalq dəstəyi ala bilmədik. Ancaq hazırda bu istiqamətdə aylar öncə görmədiyimiz önəmli şanslar görürük”.

Gununsesi.info