Saakaşvili Gürcüstana ekstradisiya olunur

Saakaşvili Gürcüstana ekstradisiya olunur

Gürcüstan ötən gün Ukraynadan deportasiya olunmuş keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin vətənə ekstradisiyası ilə bağlı Polşaya sorğu göndərməyə hazırlaşır.

Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan deputatı Aleksandr  Kantariya mətbuata açıqlama verib.

“Saakaşvili Polşada məskunlaşsa və orada yaşayış yerini dəyişsə, oraya da sorğu göndərəcəyik”, – deyə Kantariya bildirib.

Deputat Gürcüstan məhkəməsinin Saakaşvili barəsində hökm çıxardığını xatırladıb.

“O, şübhəli şəxs deyil, məhkəmə artıq baş tutub, hökm çıxarılıb və təbii ki, indi onu burada gözləyirlər”, – deyə deputat vurğulayıb.

Gununsesi.info

COMMENTS