Saakaşvili Gürcüstana qayıda biləcəkmi? - QUBERNATOR MƏZUNİYYƏT GÖTÜRƏCƏM DEYİR

  • By admin
  • 10 Oktyabr 2016 15:09

saakashvili

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili seçkidən sonra vətəninə dönəcək, yoxsa yox?

Hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Saakashvili bu barədə ziddiyyətli bəyanatlar verir. O, oktyabrın 7-də “112 Ukrayna” televiziya kanalına müsahibəsində vətəninə dönmək fikrində olmadığını və Ukraynada fəaliyyətini davam etdirmək fikrində olduğunu deyib: “Ukraynaya qastrola gəlməmişəm. Burda döyüş meydanını tərk etməməliyəm. Amma sözsüz, seçkidən sonra Gürcüstana gedəcəm, ölkəmə kömək eləməliyəm, öz hesabıma məzuniyyət götürüb yaxın günlərdə hansısa prosesə qatılacam”, deyə o bildirib.

Saakashvili deyib ki, orda demək olar ki, bütün polis və silahlı qüvvələr onların, başqa sözlə dövlətçilik və qanunun tərəfində olduğundan ona heç kimin barmağı da dəyə bilməz.

Saakashvili bundan əvvəl-oktyabrın 4-də demişdi ki, siyasi rəqibləri onu sərhəddə gurultulu alqışlarla qarşılayacaq və əvvəllər yüksək vəzifə tutmayan insanların iştirakı ilə yeni hökumət yaradılması ilə məşğul olacaq.“Özü də yeni hökumətdə çoxlu qadın olacaq. Çünki onlar daha hümanistdirlər”, deyə o vurğulayıb.

Qeyd edək ki, Saakashvili oktyabrın 1-də də demişdi ki, parlament seçkisinin nəticələrini müdafiə etmək üçün Gürcüstana gedəcək, özü də bu seçkidə onun “Vahid milli hərəkat” partiyası qalib gələcək.

Hakim “Gürcü arzusu “ koalisiyasının banisi və keçmiş baş nazir Bidzina İvanashvili bundan əvvəl-hələ sentyabrın 30-da bəyan edib ki, vətənə dönəcəyi halda Saakashvilini həbs gözləyir.

Daxili işlər naziri Georgi Mqebrishvili də sentyabrın 26 da təxminəön eyni bəyanatla çıxış eləmişdi.

Qeyd edək ki, “Gürcü arzusu” koalisiyası ilə Saakashvilinin “Vahid milli hərəkat” partiyası yeni parlamentdə əsas siyasi qüvvələr hesab olunurlar.