Saakaşvili həmvətənlərini Gürcüstanın gələcəyini qorumağa çağırıb

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili gürcüləri xarici agentlər haqqında qanunun qəbuluna etiraz etməyə çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook hesabında paylaşıb.

“Birlik və hücum zamanıdır!” –deyə sabiq prezident bildirib.

O, həmçinin yoldaşlarını “Gürcüstanın azadlığını, müstəqilliyini və Avropa gələcəyini qorumaq” üçün xarici agentlər haqqında qanunun qəbuluna qarşı yönəlmiş bütün hərəkətlərdə iştirak etməyə çağırıb.

Bildirilir ki, Gürcüstan parlamentində xarici agentlər haqqında qanunun müzakirəsi zamanı dava düşüb. Müxalifətdəki “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili hakim “Gürcü arzusu” partiyasının icraçı katibi, deputat Mamuka Mdinaradzeni vurub, bundan sonra qarşıdurmaya digər deputatlar da qoşulub.

Aprelin 3-də hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze Gürcüstan hakimiyyətinin xarici agentlər haqqında qanun layihəsinə yenidən baxmaq niyyətini açıqlayıb.

O, qeyd edib ki, oxşar qanunlar artıq ABŞ, İsrail və Avstraliyada da qüvvədədir.

Şəbnəm

Gununsesi.info