Saakaşvili hamını dua etməyə çağırdı

  • By admin
  • 08 Dekabr 2019 21:33

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Parisdə keçiriləcək “Normand dördlüyü”nün görüşünü şərh edib.

Gununsesi.org xəbər verir ki, Saakaşvili rəsmi Kiyevin danışıqlar prosesində mümkün fiaskosunu hamının məğlubiyyəti kimi qiymətləndirib.

O, əlavə edib ki, Vladimir Zeleskininin prezidentliyini dəstəkləsə də, danışıqlarda uğur qazanacağı barədə nikbin deyil.

Saakaşvili sonda Ukraynanın uğur qazanması üçün hər kəsi dua etməyə dəvət edib.

 

Gununsesi.org