Saakaşvili hökuməti istefa ilə hədələdi

  • By admin
  • 11 Oktyabr 2021 22:00

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili qida olaraq qəbul etdiyi balı həbsxana rəhbərliyinə geri qaytarıb və hökuməti istefa ilə hədələyib.

Gununsesi. info gürcü mediasına istinadən xəbər verir ki, Saakaşvili bununla bağlı həbsxanadan məktub yollayıb. O, Baş nazir İrakli Qaribaşvilinin “Saakaşvilinin həbsi hamıdan çox müxalif partiyanın hazırkı sədri Nika Meliyanı sevindirdi” sözlərinə cavab verib.

“Melia və mən gürcü xalqı ilə birlikdə sizi tezliklə ofislərinizdən qovub ölkəni azad edəcəyik”, – deyə eks-prezident məktubunda bildirib.

Gununsesi. info