Saakaşvili ilə bağlı istintaq komissiyası yaradıla bilər

  • By admin
  • 07 Fevral 2022 21:32

Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə qarşı mümkün zorakı, qeyri-insani və ləyaqəti alçaldan rəftara görə müvəqqəti təhqiqat komissiyasının yaradılmasına dair qərar layihəsinə büro iclasında baxılıb.

Gununsesi.info xəbər verir ki, qətnamənin təşəbbüskarı “Vahid Milli Hərəkat” fraksiyasıdır.

Müvəqqəti istintaq komissiyasının səlahiyyət müddəti 3 ay, komissiya üzvlərinin sayı isə 9 nəfərdir.

Qeyd edək ki, məsələ parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Gununsesi.info