Saakaşvili ilə bağlı daha bir xəbər yayıldı

  • By admin
  • 20 Noyabr 2021 22:22

Noyabrın 20-də Qori şəhərindəki hərbi hospitala köçürülən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 50 gün davam etdirdiyi aclıq aksiyasına son qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə keçmiş prezidentin şəxsi həkimi Nikoloz Kipşidze danışıb.

Kipşidze qeyd edib ki, müalicə prosesi çox vaxt aparacaq:

“Bizim dövlət şurasının iclası olacaq, orada yerli həkimlərlə birlikdə müalicə sxeminə baxacağıq. Müalicə prosesinin özü uzun çəkəcək və eks-prezidentin səhhətini bərpa etmək üçün vaxt lazımdır”.

Qeyd edək ki, hazırda Saakaşvili reanimasiya şöbəsindədir. Saakaşvili müalicəsi müddətində Qori hərbi hospitalında olacaq. Səhhəti yaxşılaşdıqdan sonra isə Rustavi həbsxanasına qaytarılacaq.

***

Keçmiş prezident Mixail Saakaşvili qrafik üzrə qida qəbul edir və vəziyyəti stabildir.

Bunu həkimlər şurasının üzvü Nino Şaraşenidze deyib.

“Xəstə bütün müvafiq müalicələrdən keçir. Müvafiq müalicə taktikasını işləyib hazırlamışıq. Bu prosesə təkcə şura üzvləri deyil, respublika xəstəxanasının həkimləri və qastroenteroloq da cəlb olunub. Xəstə sxem üzrə qida qəbul edir”, – Şaraşenidze vurğulayıb.

Həkimin sözlərinə görə, Saakaşvili baş ağrılarından şikayətlənir, onun səhhəti diqqətlə izlənilir.

Gununsesi.info