Saakaşvili meydana axışan xalqa səsləndi

  • By admin
  • 16 Oktyabr 2021 16:53

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili onu dəstəkləmək üçün Azadlıq meydanına gələn insanlara məktubla müraciət edib. O yazıb ki, indi heç bir əlamətə görə ayrılmaq vaxtı deyil.

Saakaşvilinin məktubunu meydana toplanan insanalara onun vəkili, “Mtavari Arxi” Telekanalı rəhbəri Nika Qvaramiya oxuyub.

Saakaşvilinin sözlərinə görə, cəmiyyətin və ölkənin barışığa ehtiyacı var və hamı buna hazır olmalıdır.

“Sizləri salamlayıram! Geridə qalan ömrümü siz həmvətənlərimlə bir yerdə olmağa dəyişərdim. Əlimi uzatsam tutacaq uzaqlıqdayam lakin sizə qoşula bilmirəm. Hələ sizə qoşula bilmirəm, əsas arzum odur ki, Gürcüstan xalqının böyük azadlığı, rifahı, ədalətliliyi və təhlükəsizliyi ilə seçilən dövləti olsun. Biz qədim avropalıların Avropasayağı ölkəsi olmalıdır və digər Avropa ölkələrinə biz turist kimi səyahət etməli, təhsil almaq üçün vəya bizneslə məşğul olmaq üçün getməliyik lakin həmişə, mənim etdiyim kimi evimizə qayıtmalıyıq. Fəxr edəcəyimiz və yaşayışın möhtəşəm oacağı vətənimizə qaytarmalıyıq.

Niyə bu gün Gürcüstandayam, bu gün buradayam, çünki çox yaxın Ukraynada belə görə xoşbəxt ola bilmərəm. Mənim əziz Vətənimdə bu qədər qəddarlığı və iztirabları görə-görə mən başqa yerdə ola bilmərəm. Mən ölkəmizdən insanların necə qaçdığına və Gürcüstanın ən istedadlı, zəhmətkeş və namuslu insanların necə viran etdiyinə rahat baxa bilmirəm. Mən vətənim tərəfindən tamaşaçı ola bilmərəm, qürur duyacağımız hər şeyi Vətənimizə qaytarmalıyıq və həyat gözəl olacaqdır. Niyə bu gün Gürcüstanda oldum, bu gün buradayam, çünki çox yaxın Ukraynada özümə görə xoşbəxt ola bilmərəm. Mənim əziz Vətənimdə bu qədər qəddarlığı və iztirabları görəndə mən başqa yerdə ola bilmərəm. Mən ölkəmizin insanları necə qaçdığına və Gürcüstanın ən istedadlı, zəhmətkeş və namuslu insanlarının ölkəni necə tərk etdiyinə biganə qala bilmərəm. Mən vətənimə kənardan tamaşa edə bilmərəm.

İndi heç bir əlamətə görə, nə partiya əlamətinə görə, nə də başqa əlamətə görə ayrılma vaxtı deyildir. Gürcüstanın azad edilməsi və xilas edilməsi üçün vaxt gəldi, bunun üçün lazım olan bu günlər birlik olamaqdır. Anlamaq çox vacibdir ki, cəmiyyətimizin və ölkəmizə barışıq lazımdır və biz buna hazır olmalıyıq. Ölkənin firavanlığı üçün bir – birimiz aşağılamağı, bir-birimizə nifrət etməyi və hücum etməyi dayandırmaq həyati əhəmiyyət daşıyır. Bunu həbsxana kamerasından qeyri-qanuni bir məhbus olaraq yazıram, amma azadlığa çıxanda dailk növbədə bu ruhda hərəkət edəcəm. Daha bir revanş və intiqam mənəvi cəhətdən cəmiyyətimizi məhv edəcək və nəticədə ölkəmizi süqut etdirəcək.

Bizi qabaqda böyük dəyişikliklər gözləyir, lakin bunun üçün biz hər cür incikliyi unutmalıyıq, mənfi emosiyalarımızın yükünü kənəara qoymalıyıq, çünki ölkəmiz bundan xilas olmadan irəli gedə bilməz. Bir-birinə pislik edən cəmiyyət heç vaxt öz ölkəsini tərəqqi yoluna qoymamış, heç vaxt dəyərli heç nə yaratmamış və öz qəzəbinə həmişə məğlub olmuşdur. Mədəni ölkə ixtilaflara əsaslana bilməz və əgər biz sivilizasiyalı ölkə istəyiriksə, şübhəsiz ki, bizə barışıq və revanşdan, qisas almaqdan imtina etmək lazımdır. Artıq, məğlubiyyət və nihilizm kifayətdir. 30-da seçkilərdə hamımız hər bir səsi mühafizə etməliyik …

Sonuncu addımı atmaq qald və bu yalan, pis, zülmkar və xəyanətkar İvanişvili rejimi, şübhəsiz ki, məhv ediləcək. Qaranlıq aydınlıqla ilə əvəz olunacaq, yaxşılıq yamanlığa qalib gələcək, Tanrı bizi qorusun. Özünüzə yaxşı baxın, böyük məhhəbət və sarsılmaz qələbə inamı ilə Mixeil Saakaşvili “.

Qeyd edək, ki Tbilisidə Azadlıq meydanında Mixeil Saakaşviliyə dəstək mitinqi keçirilir.

Mitinqə Tbilisidən və Gürcüstanın müxtəlif bölgələrindən olan vətəndaşlar toplaşıblar. Nümayişçilər Mixail Saakaşvilinin həbsxanadan azad olunmasını tələb edirlər.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də həbs edilib. Tezliklə həbsxanaya köçürüləndən sonra onun aclıq mitinqi etdiyi məlum olmuşdu.

Dünən, oktyabrın 13-də Səhiyyə Nazirliyində Saakaşvilinin razılığı olduğu təqdirdə, sağlamlıq vəziyyətini təftiş etmək üçün həkim qrupu təsis edilib.

Gununsesi.info